ABŞ vizası

ABŞ-a daxil olmağın bir neçə yolu var. Birincisi, dəvət (çağırış) əsasında. Bunu ABŞ-da yaşayan qohum və ya tanışlar rəsmiləşdirə bilər. Bundan başqa, sövdələşməni yerinə yetirəcək Amerika agentliyi də belə çağırışı həyata keçirə bilər.

Ölkəyə turist vizası ilə daxil olmaq yolu daha çox yayıl­mışdır. İki il ərzində bir neçə dəfəlik turist vizası rəsmiləşdirmək olar – bu, hər yarım il ərzində ölkədə 90 gün qalmaq hüququ verir (B1 tipli viza).

ABŞ-a viza almaq istəyən hər bir kəs konsulluqda müsahibədən keçir. Bu zaman daşınmaz əmlakının sonradan ABŞ-da yaşamaq məqsədi ilə alınmasını qeyd etmək lazım deyil, əks halda viza verilməyə bilər. Əksinə, ərizəçi doğma ölkə ilə kifayət qədər sıx əlaqədə olduğu (daimi iş yeri, yaşamaq üçün vəsaitlər, mülkiyyətin olması və s.) gələcəkdə ABŞ-a köçmək niyyətində olmamağı sübut edərsə, onun viza almaq şansı artır.

B1 vizasının alınması üçün zəruri olan sənədlər:

· etibarlı olan xarici pasport;

· köhnə xarici pasport (və onun surəti) - əgər orada ABŞ, Kanada, Şengen ölkələri, Böyük Britaniyanın vizaları varsa;

· iki ədəd rəngli 5x5 sm ölçülü fotoşəkil;

· DS-156 forması üzrə şəxsi imzalı ərizə;

· 16-45 yaşlı kişilər üçün DS-157 forması;

· qəbul edən tərəfin dəvəti (əgər gediş turizm deyil, başqa məqsəd daşıyırsa);

· vəzifə, əməkhaqqı, iş stajı göstərilməklə ərizəçinin iş yerindən arayışı;

· ərizəçinin maddi vəziyyətini sübut edən sənədlər: bank he­sablarından çıxarışlar, vergi bəyannamələrinin surətləri və s.;

· ərizəçinin vətəndaşı olduğu ölkə ilə sosial, iqtisadi və (və ya) ailə əlaqələrini təsdiq edən sənədlər (mülkiyyət sahibliyini təsdiq edən sənədlər, nikah, uşaqların doğumu haqqında, xüsusi müəssisə qeydiyyatı haqqında şəhadətna­mələr və s.);

· yaxın qohumlar haqqında məlumatlar və qohumluq dərəcəsini təsdiq edən sənədlərin surətləri;

· tələbə və şagirdlər üçün doğum haqqında şəhadət­na­mə (surəti), təhsil müəssisəsindən arayış, tələbə biletinin surəti;

· bütün səyahət boyu etibarlı olan sığorta vəsiqəsinin surəti (olmaya da bilər);

· valideynlərdən birinin və ya üçüncü şəxslərin müşayiəti ilə səyahət edən uşaqlar üçün onunla getməyən valideynin (valideynlərin) notarial qaydada təsdiq olunmuş razılığı.

Qeyri-immiqrasiya vizası üzrə sənədlərinin alınması üçün zəruri olan sənədlər, nəzərdə tutulan səyahətdən dörd-altı həftə, yay vaxtı isə daha çox müddət qabaqcadan təqdim edilməlidir. Vizanın müddəti bir ildir; müddət iki ilədək uzadıla bilər, lakin bu məsələ konsulun mülahizəsinə görə həll olunur.

Amerikaya Turist Vizası

Turist vizası almaqla siz Amerikaya:

  1. Turist kimi 
  2. Tətil üçün, gəzmək üçün  
  3. Dostlarınızı, qohumlarınızı ziyarət etmək 
  4. Müalicə olunmaq 
  5. Alış-veriş etmək  
  6. Konsertlər, sərgilər və ya istənilən tədbirlərdə iştirak etmək
  7. İşləmək üçün sizi maraqlandıran şirkətlərlə canlı görüş keçirmək 
  8. ​Təhsil almaq üçün potensial universitetlər, kollecləri araşdırmaq üçün gedə bilərsiniz
  9. Turist vizası 12 aylıq müddətə verilir. Amerikada olduqda vizanın müddətini artıra bilərsiniz. Vizanın vaxtını artırmaq üçün Azərbaycana qayıtmaq tələb olunmur.  
    Turist vizasını almaq üçün Amerikada heç bir kəsdən və ya təşkilatdan dəvətnamə almaq tələb olunmur. Şirkətimiz sizə turist vizasının alınmasında yaxından köməklik gəstərəcəkdir. 
    Belə ki, viza almaq üçün Düzgün müraciət formasını doldurmaq, lazımi sənədləri düzgün şəkildə toplamaq və təqdim etmək, ABŞ səfirliyində viza görüşü almaq, görüşdə çıxa biləcək suallara düzgün cavablar vermək, Viza aldıqdan sonra sizi Amerikada qarşılama, qalacağınız otelin və evin tapılması və Amerikada ilk günlərinizdə bir çox məsələlərdə lazım olan köməyi göstərəcəyik. 
  10. Vizanı almaq üçün xüsusi bir vaxt yoxdur, öz istəyinizə uyğun istənilən vaxtda vizaya müraciət edə bilərsiniz. Vizanı,  müraciət etdikdən sonra 1 həftə ərzində ala bilərsiniz.. 
  11. Vizaya müraciət üçün xarici pasport, 5x5 arxa fon ağ rəng yeni şəklin elektron variantı, iş yerindən arayış və ya tələbəsinizsə universitetdən arayış tələb olunur. Əgər iş yerindən arayış təqdim edə bilməyəcəksinizsə müraciət etməyiniz tövsiyyə olunmur. Bundan başqa, yaşınıza, səfərinizin məqsədinə uyğun digər sənədlər də tələb oluna bilər. Bizə müraciət etdikdən sonra lazım olan sənədlərin toplanmasında sizə yaxından köməklik göstərəcəyik. Bu günə kimi xarici ölkələrdə olmuş (əsasən də avropa ölkələri) şəxslərin ABŞ vizası almaq ehtimalı daha çoxdur. Əgər bu günə kimi heçbir ölkədə olmamısınızsa, gedib gəlməyiniz (əsasən də avropa ölkələrinə) tövsiyyə olunur.