Azərbaycan vizası
Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr
Avropa
• Albaniya – Visa on arrival (viza ölkəyə çatanda rəsmiləşdirilir)
• Belarus – viza tələb olunmur
• Gürcüstan – viza tələb olunmur
• Moldova – 90 gün
• Rusiya – viza tələb olunmur
• Türkiyə – Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Ukrayna – viza tələb olunmur
Asiya
• Banqladeş — 90 gün. Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Kamboca — 1 ay. Viza ölkəyə çatanda rəsmiləşdirilir
• İran — 21 gün. Viza ölkəyə çatanda rəsmiləşdirilir
• İraq – Viza hava limanında verilir.
• Qazaxıstan – viza tələb olunmur
• Küveyt — 30 gün. Viza ölkəyə çatanda rəsmiləşdirilir.
• Qırğızıstan – viza tələb olunmur.
• Laos – 15 gün. Viza ölkəyə çatanda rəsmiləşdirilir.
• Livan — 3 ay. Viza ölkəyə çatanda rəsmiləşdirilir.
• Makao — 30 gün –Viza ölkəyə çatanda rəsmiləşdirilir.
• Malayzia — 1 ay
• Maldiv — 30 gün.
• Myanma – 28 gün. Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Nepal — 60 gün. Viza ölkəyə çatanda rəsmiləşdirilir.
• Sinqapur — 96 saat. Tranzit viza.
• Şri- Lanka — 30 gün.
• Suriya — 15 gün. Viza ölkəyə çatanda rəsmiləşdirilir.
• Tacikistan — Viza tələb olunmur.
• Şərqi Timor — 30 gün. Viza ölkəyə çatanda rəsmiləşdirilir.
• Özbəkistan
Okeaniya
• Kuk adaları – 31 gün
• Mikroneziya — 30 gün.
• Kiribati – Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Nauru — 30 gün
• Niue — 30 gün
• Palau — 30 gün
• Qərbi Samoa — 60 gün
• Tuvalu — 90 gün
Afrika
• Burkino — Faso, Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Burundi – Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Kabo-Verde – Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Komor adaları – Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Kamerun – Viza ölkəyə çatanda rəsmiləşdirilir, mütləq dəvətnamə tələb olunur
• Konqo – Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Cibuti – 10 gün, Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Misir - 15 gün (yalnız Cənubi Sina ərazisində)
• Eritreya –Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Efiopiya –Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Qabon –Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Qambiya – Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Qana –Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Qvineya –Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Liberiya – Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Madaqaskar 90 gün – Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Mali – Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Mavritaniya — 60 gün – Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Mozambik — 30 gün – Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Namibia — 3 ay – Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Ruanda – Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Seyşel adaları — 1 ay
• Sierra-Leon Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Tanzaniya 3 ay –Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Toqo 7 gün – Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Uqanda 3 ay – Viza ölkəyə çatanda rəsmiləşdirilir
• Zambiya 3 ay– Viza ölkəyə çatanda rəsmiləşdirili
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələri rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidentinin təklifi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası ərazisinə şəxsi pasporta əsaslanan vizasız (sadələşdirilmiş) gediş-gəliş qaydası müəyyənləşdirilə bilər.
Buna əsasən, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
I QRUP.
- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları.
II QRUP.
- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta - o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar;
- həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar;
- Azərbaycan Respublikasının və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhədkeçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər;
- pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhədkeçmə sənədinə - Vətənə qayıdış şəhadətnaməsinə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün vizasız gediş-gəlişi rejimi olan ölkələr.
Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn və ölkədə müvəqqəti olma müddəti 90 (doxsan) günədək uzadılmış belə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu müddət bitənədək Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. 30 (otuz) gün Azərbaycan Respublikası hüdudlarından kənarda yaşadıqdan sonra (yaxın qohumunun ağır xəstələndiyini və ya vəfat etdiyini təsdiq edən hallar istisna olmaqla) yenidən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələ bilərlər.
Vizanın verilməsi üçün tələb olunan sənədlər
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, viza verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
36.1.1. nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket
36.1.2. pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin surətləri;
36.1.3. biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm);
36.1.4. tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
36.1.5. viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;
36.1.6. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur);
36.1.7. səfərin məqsədindən asılı olaraq, bu Məcəllənin 25–34-cü maddələrində göstərilən müvafiq sənədlər;
36.2. 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36.1-ci maddəsində qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.
36.3. Viza verilməsi üçün alınan dövlət rüsumunun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı viza şöbəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin Naxçıvan Beynəlxalq Hava Limanındakı viza şöbəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Gəncə Beynəlxalq Hava Limanındakı viza şöbəsi , Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanındakı viza şöbəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Qəbələ Beynəlxalq Hava Limanındakı viza şöbəsi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Zaqatala Beynəlxalq Hava Limanındakı viza şöbəsində viza rəsmiləşdirilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:
• 1 ədəd ərizə-anket
• Əcnəbinin pasportu və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
• Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumunun ödənilməsi haqqında qəbz.
Diqqət! Əcnəbinin pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır.
Turizm vizası
Turizm vizası Azərbaycan Respublikasına turist kimi gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.
Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) və Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.
Turistlərə verilən elektron vizalar
38.1. Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsi ilə elektron viza ala bilərlər.
38.2. Elektron viza almaq üçün əcnəbilər Azərbaycan Respublikasında fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsi ilə müraciət edə bilərlər.
38.3. Elektron vizanın alınması üçün Azərbaycan Respublikasında akkreditasiyadan keçmiş turizm şirkəti müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə-anketi dolduraraq, şəxsin pasportunun, fotoşəklinin və səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiq edən sənədlərin (turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) skan olunmuş surətlərini əlavə edir. Sənədlər daxil olduqdan sonra ən geci 10 gün keçənədək baxılır və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edən turizm şirkətinin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, bu barədə əsaslandırılmış məlumat verilir.
38.4. Elektron vizanın verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.
38.5. Çap olunmuş elektron viza pasporta yapışdırılmır və dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən turist tərəfindən pasportla birgə təqdim olunur. Dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportda və vizada şəxsin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır.
38.7. Turistlər üçün elektron viza almaq hüququ olan Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçməsi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi) tərəfindən müəyyən edilir.
Vizanın verilməsi üçün müraciət edilməsi və vizanın verilməsi qaydaları
Mövcud qanunvericiliyimizin tələblərinə görə, (qarşılıqlı qaydada vizasız gediş-gəliş haqqında razılaşma olan ölkələrin vətəndaşlarından başqa, bütün digər) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizin ərazisinə etibarlı şəxsi pasportları əsasında və rəsmiləşdirilmiş icazə - viza əsasında gələ və ölkədən gedə bilərlər.
Bunun üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gəlişinin məqsədini və müddətini göstərməklə olduqları xarici ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluğuna müraciət etməlidirlər.
Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizə-anketin forması, dövlət rüsumunun məbləği və ödənilməsi qaydası, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının olmadığı ölkələrdə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza alınması üçün müraciət olunmalı üçüncü ölkələrdə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları barədə məlumat müvafiq icra hakimiyyəti orqanının, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəsmi internet saytlarında və binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilir.
Viza verilməsindən imtina edildikdə, bu barədə əsaslandırılmış məlumat verilir.
Viza verilməsi haqqında vəsatətə baxılmasında süründürməçiliyə yol verilməsindən və ya vəsatətə baxmaqdan imtina edilməsindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər inzibati qaydada və (və ya) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə şikayət edə bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Miqrasiya Məcəlləsinin 37.2-ci maddəsinə (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizanı Azərbaycan Respublikasının ərazisində ala bilərlər.) əsasən və “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə giriş vizalarının rəsmiləşdirilməsi prosesində dəyişikliklər barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanında göstərilən hallarda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin müvafiq beynəlxalq hava limanlarında fəaliyyət göstərən viza şöbələrinə müraciət edə və viza əldə edə bilərlər:
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı viza şöbəsi;
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin Naxçıvan Beynəlxalq Hava Limanındakı viza şöbəsi;
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Gəncə Beynəlxalq Hava Limanındakı viza şöbəsi;
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanındakı viza şöbəsi;
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Qəbələ Beynəlxalq Hava Limanındakı viza şöbəsi;
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Zaqatala Beynəlxalq Hava Limanındakı viza şöbəsi.
Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə müraciət olunduğu gündən ən geci on beş gün keçənədək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri təcili müalicə, yaxud Azərbaycan Respublikasında yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla) ən geci iki iş günü ərzində baxılır.